BANK

14 Aprel

Argentinanın mərkəzi bankı faiz dərəcələrini 47%-ə qaldırıb

İnflyasiyanın 20 ildə pik həddə çatdığı Argentinada mərkəzi bank siyasət faizini 47%-ə qaldırıb.
Argentina Mərkəzi Bankı ilin dördüncü faiz artımı qərarını verib. 

"Fins.az" xəbər verir ki, bank son 20 ildə pik həddinə çatan inflyasiya ilə mübarizə üçün siyasət faizini 2,5 faiz bəndi artıraraq 47 faizə çatdırıb.

Məlumata görə,mart ayında ölkədə aylıq inflyasiya 2002-ci ildən bəri ən sürətli 6,7 faiz artıb.

Argentinada hökumətin Beynəlxalq Valyuta Fondu (BVF) ilə əldə etdiyi 44,5 milyard dollarlıq borcun ödənilməsi razılaşması martın ortalarında Konqres tərəfindən təsdiqlənərək qanuna çevrilib. 

Qeyd edək ki, Argentina prezidenti Alberto Fernandez yanvarın 28-də ölkəsinin BVF ilə borcun ödənilməsi ilə bağlı razılaşma əldə etdiyini və martın 1-də razılaşma çərçivəsində ödənişlərin 2026-cı ildə başlanacağını və 2034-cü ildə başa çatacağını açıqlamışdı.