30 may 2022-ci il tarixdə "Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Fins.az"xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
4. 2021-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında.
Yığıncaq Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.
Xatırladaq ki, Milli Mühasibat Uçotu Standartlarına görə, “Bank Respublika” ASC 2021-ci ili 19 milyon 523 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki,“Bank Respublika” ASC-nin səhmdarları Natiq Quliyev (51,15%), Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyası (16,60%), Elçin Quliyev (15,06%), Namiq Quliyev (7,41%), Şakir Rəhimov (5,45%), Almaniyanın Sparkassen İnternational Development Trust şirkəti (4,25%) və adları açıqlanmayan hüquqi və fiziki şəxslərdir (0,08%)