Kanada Mərkəzi Bankı son 30 ildə ən yüksək həddə çatan inflyasiya ilə mübarizə çərçivəsində siyasət faizini 50 baza bəndi artırıb.
"Fins.az" xəbər verir ki, bu, 20 ildən çox müddətdə ən böyük faiz artımı idi. Bank həmçinin dövlət istiqrazlarının alışını dayandıracağını açıqlayıb.
Bank sonuncu dəfə 2000-ci ildə faiz dərəcələrini 50 baza bəndi artırmışdı. Bank rəsmiləri bəyan ediblər ki, Ukraynada davam edən müharibə səbəbindən qiymət təzyiqləri hədəfin üzərində qalsa, növbəti aylarda faiz artımı tələb oluna bilər.
Fevralda ölkədə inflyasiya son 30 ilin ən yüksək göstəricisi olan 5,7 faizə çatıb. Bank son 3 ildə ilk dəfə ötən ay faiz dərəcələrini artırmışdı. Yeni Zelandiya Mərkəzi Bankı da ölkədə artan inflyasiya riskinə qarşı siyasət faizini 50 baza bəndi artıraraq 1,50 faizə qaldırmışdı.