BANK

13 Aprel

“PAŞA Bank” ağacəkmə aksiyasına qoşulub

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bu dəfə Bank, IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi ağacəkmə aksiyasına qoşulub.

Aprel ayının 11-də baş tutan aksiya zamanı Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6 minə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə keçirilən bu növ aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.

Xatırladaq ki, Bank, ölkəmizin müxtəlif regionlarında, o cümlədən azad olunmuş torpaqlarımızda təbiətin bərpası, Bakı çimərliklərinin təmizlənməsi də daxil, bir sıra ekoloji layihələrə dəstək verib. “PAŞA Bank”, məsuliyyətli korporativ vətəndaş kimi biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf mühitə qayğı və həssaslıqla davranılmasının tərəfdarıdır.