“Bank of Baku”da “Reklam və İctimaiyyətlə əlaqələr departamenti”nə yeni şöbə müdiri təyin olunub.
“Fins.az” xəbər verir ki, Əhməd Əhmədov “Bank of Baku”-nun “Reklam şöbəsi”nin müdiri təyin olunub. Eyni zamanda “Reklam və İctimaiyyətlə əlaqələr departamenti”nin direktoru vəzifələrinin icrası da ona həvalə edilib.
Məlumata görə, o əmək fəliyyətinə 2011-ci ildən başlayıb. Karyerası boyunca bir neçə şirkətdə marketinq sahəsində fəaliyyət göstərib. Eyni zamanda “Mətanət A” şirkətində PR və reklam meneceri işləyib. Əmək fəaliyyətini daha sonra təhsil sektorunda davam etdirərək “ADAS”-ın Marketinq direktoru vəzifəsində çalışıb. “Bank of Baku”-ya təyinatdan öncə isə Əhməd Əhmədov “Giper və Azbentonit” brendlərinin təsisçi şirkəti olan “Fortis Group“da Marketinq direktoru vəzifəsində çalışıb.