BANK

12 Aprel

İdxal olunan cins göbələklər üçün gömrük rüsumu müəyyənləşib

Azərbaycana idxal olunan bəzi cins göbələklər üçün gömrük rüsumu müəyyənləşib.

"Fins.az"-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Boletus cinsli göbələklər, Cantharellus cinsli göbələklər, Şitake (Lentinula edodes), şam ağacı göbələyi (Matsutake) (Tricholoma matsutake, Tricholoma magnivelare, Tricholoma anatolicum, Tricholoma dulciolens, Tricholoma caligatum), trüfel (Tuber spp.) və Şitake (Lentinula edodes) üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir