Sberbank aprelin 12-də səhər elan etdi ki, onun tətbiqini App Store-dan yükləmək mümkün deyil.
"Fins.az"xəbər verir ki. bankdan bildirilib ki, müştərilər mobil qurğular üçün uyğunlaşdırılmış onlayn versiyadan istifadə edə bilərlər.Əvvəllər quraşdırılmış proqram işləyir, onun istifadəsinə heç bir məhdudiyyət yoxdur. Müştərilərə quraşdırılmış bank tətbiqini silməməyi tövsiyə edirik.
SberBank Online tətbiqinə əlavə olaraq, SberBusiness, SberInvestor X, Sberbank Investor, Sberbank Collection, SberKids, SberSpasibo, Sber Shareholder-a giriş məhdudlaşdırılılıb.
Aprelin 6-da ABŞ Sberbank-a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib. Qadağa, digər məsələlərlə yanaşı, Amerika şirkətlərinin Rusiya bankları ilə əməkdaşlıqdan imtinasını nəzərdə tutur. Ertəsi gün Sberbank müştərilərdən tətbiqi App Store və Google Play-də yeniləməyi xahiş edib.