BANK

12 Aprel

Azərbaycanın pərakəndə ticarət dövriyyəsinin həcmi  3,1%, ARTIB

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"Fins.az" xəbər veri ki, bu barədə Dövlət Statistika Komotəsi məlumat yayımlayıb.

Məlumata görə,2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7% artıb. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.