BANK

07 Aprel

JP Morgan-dan əmtəə qiymətlərində 40% bahalaşma proqnozu

JP Morgan Chase strateqləri əmtəələrin 40 %-ə qədər yüksələrək rekord artımı davam etdirəcəyini gözləyirlər.
"Fins.az xəbər verir ki, inflyasiyanın yüksəldiyi bir şəraitdə investorlar öz xammal mövqelərini artırdıqca əmtəə qiymətləri 40 %-ə qədər yüksələ bilər.

i JP Morgan strateqləri portfellərdəki əmtəə aktivlərinin tarixi ortalamaların üzərində olduğunu bildirərək, "Bu göstərici  xammalda daha da böyük yüksəlişin olacağını göstərir," deyə qeyd edib. 

Rusiyanın Ukraynaya təcavüzündən sonra neftdən tutmuş buğdaya qədər əmtəə qiymətləri keçən ay rekord qırıb. Bu yüksəliş həm də onsuz da yüksək olan qlobal inflyasiyaya təkan verib və FED inflyasiya ilə mübarizə aparmaq üçün mart ayında 3 ildən sonra ilk dəfə faiz dərəcələrini artırıb.

Mövcud şərtlərdə inflyasiyadan qorunmaq üçün istifadə edilən malların uzunmüddətli perspektivdə portfellərdə yer ala biləcəyini bildirən strateqlər, "Əmtəə ümumi qlobal maliyyə aktivlərinin 1%-dən çoxunu təşkil edə və beləliklə də əvvəllər müşahidə edilən yüksək qiymətlərdən də çox məbləğdə ticarət edilə bilər.