BANK

07 Aprel

Böyük Britaniya Sberbank-ın bütün aktivlərini dondurur

Britaniya Rusiyanın ən böyük bankı olan Sberbank-ın bütün aktivlərini dondurmaq və Britaniya şirkətlərinin Rusiyadakı bütün yeni xarici investisiyalarını qadağan etmək qərarına gəlib.
"Fins.az"  xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildilir ki, Rusiya prezidenti Vladimir Putinin döyüş maşınının ac qalması üçün hərtərəfli yeni sanksiyalar qəbul edilib.

Səbəb kimi Ukraynada mülki şəxslərə qarşı “iyrənc hücumlar”la bağlı xəbərlərin göstərildiyi açıqlamada, yeni sanksiyalar paketinin Rusiya iqtisadiyyatının əsas sektorlarını vuracağı və Rusiyanın enerji asılılığına son qoyacağı bildirilib.

Sanksiya paketinə əsasən, Rusiyanın ən böyük bankı Sberbank və Moskva Kredit Bankının bütün aktivləri ABŞ ilə razılaşdırılaraq dondurulub. İngiltərədən Rusiyaya bütün yeni xarici investisiyalar tamamilə qadağandır.

2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömür və neftindən bütün asılılığa son qoyacaq və bundan sonra mümkün qədər tez qaz idxalına son qoyacaq.