BANK

07 Aprel

ABŞ Rusiyanın ən böyük maliyyə qurumu və bankına tam bloklayıcı sanksiyalar tətbiq etdi

ABŞ Rusiyanın “Sberbank” və “Alfa-Bank”ına qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

“Fins.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verilib.

“Birincisi, hamınızın bildiyi kimi, biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini kəsməklə və onun ABŞ-ın maliyyə sistemi və ya müttəfiqlərimizlə əlaqəli bütün aktivlərini dondurmaqla maliyyə problemlərinə səbəb olmağa çalışdıq.

 

Bu gün biz Rusiyanın ən böyük maliyyə qurumu “Sberbank” və onun ən böyük özəl bankı “Alfa Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etməklə maliyyə zərbəsini daha da gücləndiririk”, - deyə o bildirib.