BANK

06 Aprel

Rusiya rublu müharibədən əvvəlki səviyyəyə qayıdır

Rusiya rublu Ukraynanın işğalından sonra kəskin enişi kompensasiya edərək müharibədən əvvəlki səviyyəyə qalxdı
"Fins.az"xəbər verir ki,Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqı və ABŞ-ın razılaşdırılmış qərarına baxmayaraq, rubl bu gün Moskva birjasında dollara nisbətdə 81,16 səviyyəsində bahalaşıb.

Beləliklə, rubl Rusiyanın işğalından bir gün əvvəl fevralın 23-də bağlanış səviyyəsinə qayıtdıb.

Qeyd edək ki,fevralın 24-də başlayan müharibə rublun kəskin ucuzlaşmasına səbəb olmuş, Rusiya aktivlərinin əcnəbilərə satışına qadağa kimi kapital nəzarəti isə valyutanı gücləndirmişdir. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda təbii qaz alışının rublla aparılması ilə bağlı fərman imzalayıb.

Bu gün Rusiyanın Maliyyə Nazirliyi xarici banklara 649,2 milyon dollarla avrobond ödəməkdən imtina etdiyini açıqlayıb.