BANK

01 Aprel

Azərbaycan Mərkəzi Bankının nə qədər valyuta ehtiyatı var?-MƏBLƏĞ

2022-ci ilin Fevral ayında Yanvar ayı ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 21,5 milyon dollar azalıb.

Fins.az xəbər verir ki, 31.03.2022-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 136.5 milyon dollar təşkil edib.

2022-ci ilin yanvar ayında valyuta ehtiyatları 85,3 milyon dollar artaraq 7 milyard 158 milyon dollara çatmışdı.

2021-ci ilin sonunda valyuta ehtiyatları 7 milyard 72,7 milyon dollar təşkil etmişdi. 

Dekabrda Mərkəzi Bankın valyuta ehtiyatları 2.3 milyon dollar azalmışdı.  

Valyuta ehtiyatları, milyon ABŞ dolları ilə

31.03.2022     7136.5

28.02.2022     7158.0

31.01.2022     7072.7

30.12.2021     7075.0

30.11.2021     7018.7

29.10.2021     7041.1

30.09.2021     7033.8

31.08.2021     7042.6

30.07.2021     6496.5

30.06.2021     6455.3

31.05.2021     6460.4

30.04.2021     6367.6

31.03.2021     6356.2

26.02.2021     6367.6

29.01.2021     6365.2