BANK

31 Mart

Bankların nağdsız ödəniş seqmentində müasir fırıldaqçılıq hallarına qarşı mübarizəsi

Şübhəsizdir ki, sosial mühəndislik, bank və ödəniş sektorunda fırıldaqçılıq təhlükələri arasında indiyədək birinci yerdədir.

Mövzu ilə bağlı "Fins.az"ın suallarını Anti-Fraud AML Expert Sergey Parfenov cavablandırıb

Bu tip fırıldaqçılıq hallarına və kibertəhlükələrə qarşı necə mübarizə aparmalı ?

Kross-kanal antifrod sistemləri banklarda bu günə “Sosial mühəndislik” tipli fırıldaqçılıq sxemlərini təyin etmək və bir neçə distans kanalları əhatə edən – bir kanalda başlanan və digər kanalda sonlanan fırıldaqçılıq hallarının təyin olunmasını təmin edə bilir.

Müasir antifrod həlli xüsusi müştəri profili və ödənişi qəbul edən tərəfin profilini yaradaraq, cihazları profilləşdirir, profilə uyğunluğunu qiymətləndirir, ödənişlərin parametrlərini hesablayır. Misal üçün müştəri ödənişləri zamanı online-banking, eyni zamanda aktiv zəngin təyini, yəni müştəri təzyiq altındadırmı, uzaqlaşdırılmış sessiya mövcuddurmu və s. kimi eyni anda meyarları nəzərə alır.

Əgər müştəri əməliyyatı bankomat üzərindən icra edirsə, bu halda əməliyyatın bütün attributları önəmlidir.

Kross-kanal antifrod həlli mövcud bilinən kiberhücumların şablonları ilə yanaşı, eyni zamanda yeni nəsil frod hadisələrini də təyin edə bilir. İki yanaşmanın kombinasiyası “rule-based” və “machine-learning” attribut meyarlarını bir yerdə təhlil etməyə imkan verməklə yanaşı, yeni nəsil hücumların təyin olunmasında (hətta hansı növ yeni hücum olması məlumatı olmasada belə) adi və ya qeyri-adi (şübhəli) hərəkətləri təyin edir.

Öz müştərisini tanımaqla, bütün şübhəli əməliyyatların müştəri attributlarını və markerlərini təyin etmək asandır. Bunun əsnasında bu tip maliyyə əməliyyatının şübhəli və ya kritik olması, nəticə etibarı ilə bu tranzaksiyanı dayandırmaq, rədd etmək və ya icra etmək kimi əmrləri təyin etmək olur.

Antifrod niyə lazımdır ?

 

Səbəb N1

Səbəb N2

Səbəb N3

Müştərilər adından (tərəfindən) icra olunan fırıldaqçı sxemlərin nəticəsində yaranan zərərin minimallaşdırılması

Bankların reputasiya risklərinin azaldılması. Maliyyə xidməti nəinki rahat, həmçinin etibarlı olmalıdır.

Şübhəli əməliyyatların və fırıldaqçı sxemlərin araşdırılması xərclərinin minimallaşdırılması.

 

Anti-Fraud konsultasiya :

WhatsApp : +994 55 207 03 10 

E-mail : [email protected]

Satış xidməti :

Zəng : +994 55 207 03 35

E-mail : [email protected]

 

 

Ünvan : Bülbül pros. 40, AZ1014, Bakı, Azərbaycan