BANK

29 Mart

\"eManat\"-dan “AzərTürkBank” kartları ilə bağlı AÇIQLAMA

“AzərTürkBank” xidmətinin debet kartlarına mədaxil xidmətində tətbiq olunan dəyişiklik edilib. 

eManat ödəmə sistemi bu barədə "Fins.az"-a açıqlama verib. 

Bildilir ki, eManat ödəmə sistemi bank xidmətləri sırasında yer alan “AzərTürkBank” xidmətinin debet kartlarına mədaxil xidmətində tətbiq olunan dəyişiklə bağlı abunəçilərin diqqətinə çatdırırıq ki, eManat ödəmə sistemi vasitəsilə “AzərTürkBank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır.  

Qeyd olunur ki, kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək.