BANK

28 Mart

Rusiya Mərkəzi Bankının Yaponyada olan ehtiyatları barədə açıqlama

Yaponiya qanunları Rusiya Federasiyası Mərkəzi Bankı da daxil olmaqla Yaponiya Bankında saxlanılan xarici mərkəzi bankların qızıl-valyuta ehtiyatlarının müsadirəsinə icazə vermir.

"Fins.az" xəbər verir ki,bu barədə bazar ertəsi parlamentin iclasında Yaponiyanın maliyyə naziri Suniti Suzuki bildirib.

 O Yaponiyanın Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı suala cavab verərkən o, ümumiyyətlə bizim qanunvericiliyimizdə, o cümlədən Yaponiya Bankı Qanununda xarici mərkəzi bankların Yaponiya Bankında saxlanılan valyuta ehtiyatlarının müsadirəsinə icazə verən heç bir müddəa yoxdur.

Tokio daha əvvəl Rusiya Federasiyası Mərkəzi Bankı ilə əməliyyatları dayandırıb, bu faktiki olaraq Yaponiya Bankındakı ehtiyatlarının dondurulması deməkdir. Rusiya Federasiyası Mərkəzi Bankının yapon yenindəki aktivləri təxminən 33 milyard dollar həcmində qiymətləndirilir.