BANK

28 Mart

“Fitch” Rusiyaya dair reytinqləri geri çağırıb

“Fitch” reytinq agentliyi Rusiyaya dair bütün reytinqləri geri çağırıb.

"Fins.az"xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, reytinqlərin geri çağırılması Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Avropa İttifaqı martın 15-də Rusiyanın hüquqi şəxslərinə kredit reytinqlərinin verilməsini qadağan edib.