Yaponiya Mərkəzi Bankı 10 illik istiqrazlar alacağını açıqlayıb. Bank alış üçün heç bir məhdudiyyət qoymayıb.
"Fins.az"xəbər verir ki, Yaponiya Bankı, 10 illik istiqrazların limitsiz alışını həyata keçirərək, gəlirləri nəzarət altında saxlamaq üçün fevral ayından bəri ikinci dəfə istiqraz bazarına müdaxilə edəcəyini açıqlayıb.
Alış-veriş üçün göstərici dərəcəsi 0,25 faiz təşkil edəcək.Sözügedən qərarda qeyd olunur ki,FED başda olmaqla inkişaf etmiş ölkələrin faiz artımı qərarından sonra Yapon istiqraz faizlərindəki artımın təsiri müşahidə edilib.