Avropa Mərkəzi Bankının (AMB) sədri KristinLaqard, son həftələrdə artan geosiyasi risklər və gündəmdə olan staqflyasiya riskləri ilə əlaqədar bildirib ki,hazırda staqflyasiya əlamətləri görmürük
Lagarde, davam edən müharibənin inamın azalmasına və inflyasiyanın artmasına səbəb olacağı üçün böyüməyə təsir edəcəyini ifadə edib
Təchizat çətinlikləri yüksək enerji və ərzaq qiymətlərinin qısa müddətli inflyasiyanın hərəkətverici qüvvəsi olduğunu ifadə edən Laqard, qeyd edib ki,dövlət maliyyə dəstəyi enerji qiymətləri, xüsusilə təbii qaza qarşı yönəldilməlidir və dövlət yardımı yoxsul ailələrə verilməlidir.
Ukraynadakı müharibənin iqtisadi artıma təsir edəcəyini ifadə edən Laqard, Avropa iqtisadiyyatlarının ABŞ-dan daha çox müharibənin təsirlərinə məruz qaldığını vurğulayıb.
Laqard qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə siyasətləri orta müddətli dövrdə inflyasiyanı artıra bilər, lakin uzunmüddətli perspektivdə bu, aşağı olacaq.