Bank sistemi üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 11 milyon 528 min ədəd təşkil edib.
Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,1 faiz, kredit kartları üzrə 29,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 47 min, kredit kartları 329 min, digər kartlar isə 1,5 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb