Rusiya Maliyyə Nazirliyi kupon ödənişlərində vasitəçi olan Citibank-a 117,2 milyon dollarlıq ödənişin çatdığını bildirib.
"Fins.az" xəbər verir ki, bu ödənişdən sonra müvəqqəti də olsa Rusiyada dollarla istiqraz ödənişlərində böhran hələlik başa çatıb.
Məlumata görə Rusiya Maliyyə Nazirliyi bildirib ki, kupon ödənişi üçün vasitəçi kimi çıxış edən Citibank-ın London filialına 117,2 milyon dollarlıq ödəniş gəlib.
Nazirlik Rusiyanın avrobondlarla bağlı öhdəliklərini yerinə yetirdiyini bəyan edib.
Daha əvvəl məlumatlı mənbələr JPMorgan Russia müxbir bankının istiqraz ödənişlərini emal etdiyini və pulu ödəniş üçün vasitəçi bank Citi banka göndərdiyini bildirib.
Mənbələrdən birinə görə, JPMorgan ABŞ hakimiyyət orqanlarından müvafiq icazələr aldıqdan sonra kupon ödənişini Citi-yə göndərib.