Rusiya Mərkəzi Bankı siyasət faizini gözləntilərə uyğun olaraq 20 faiz səviyyəsində saxlayıb.
"Fins.az" xəbər verir ki,Ukraynanın işğalından sonra bank şok dərəcəsi artımı ilə siyasət faizini 9,50 faizdən 20 faizə qaldırıb.
Beləliklə, ölkədə siyasət dərəcəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Rusiya Mərkəzi Bankının planlaşdırılan iclasından bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin hazırkı prezident Nabiullinanın namizədliyini yenidən irəli sürmüşdü.
Rusiyanın Ukraynaya qarşı əməliyyatından sonra Rusiya bir çox iqtisadi sanksiyalarla, xüsusilə ehtiyatlardan istifadənin məhdudlaşdırılması ilə üzləşib, Rusiya Mərkəzi Bankı isə valyuta nəzarəti də daxil olmaqla bir çox tədbirləri açıqlayıb.