BANK

18 Mart

Manat bu ölkələrin valyutalarına nisbətdə möhkəmlənib-MƏRKƏZİ BANK AÇIQLAYIR

Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdədir.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə 2022-ci  ilinötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14%-ə çatmışdır ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır.

Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənmişdir.