BANK

18 Mart

Mərkəzi Bank: İnflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlib

Ötən iclasdan bəri inflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlib.

"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın yayımladığı məlumatda bildirilir.

Qeyd olunur ki başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər.