BANK

16 Mart

Rusiya Mərkəzi Bankı banklardan qızıl alışını dayandırıb

Rusiya Mərkəzi Bankı vətəndaşların fiziki qızıla olan tələbatının artması ilə əlaqədar banklardan qızıl alışını dayandırdığını açıqlayıb.
"Fins.az"xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən yayımlanan yazılı açıqlamada ölkədə fiziki külçə alışına tələbatın artdığı vurğulanıb.

Məlumata görə,açıqlamada, sözügedən artımın xüsusilə alışlarda ƏDV-nin ləğvinə görə baş verdiyi vurğulanaraq, “Rusiya Mərkəzi Bankı kredit təşkilatlarının və vətəndaşların tələblərini qarşılamaq üçün martın 15-dən etibarən kredit təşkilatlarından qızıl alışını dayandırıb." bəyanat daxil edilmişdir.

Rusiya Mərkəzi Bankı 2014-cü ildən bəri Rusiyadakı banklar da daxil olmaqla fiziki qızıl alışını artırıb.

Bank 2020-ci ilin martında karonavirus pandemiyasına görə, alışları dayandırıb və Rusiya-Ukrayna müharibəsinin başlaması ilə fevralın 28-də alışları bərpa edib.