BANK

10 Mart

AccessBank-da yeni təyinat: Cəfər Həmidov İT İnkişafı Departamentinə rəhbər təyin olunub

Cəfər Həmidov mart ayından etibarən AccessBank-da İT İnkişafı Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. O, karyerasını AccessBank-da başlamış və uğur qazanmış əməkdaşlardan biridir.  

Cənab Həmidov Bankda fəaliyyətə 2010-cu ildə İT Departamentində proqramçı olaraq başlayıb. 2013-2017-ci illərdə İnformasiya Texnologiyaları üzrə baş mütəxəssis/proqramçı, 2017-2020-ci illərdə isə İnformasiya Texnologiyaları Tədqiqatı və İnkişafı Departamentində menecer kimi fəaliyyət göstərib. Bu təyinatadək İT İnkişafı Departamentinin Əsas Bank Sistemi və Hesabatlıq Şöbəsinin Rəhbəri vəzifəsində çalışıb.

Cəfər Həmidov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini alıb.

Azərbaycan, ingilis və rus dillərini bilir.