“Rabitəbank” ASC-də VISA və Mastercard kart sahibi olan müştərilər üçün vacib məlumat!
Dünyanın öndə gedən ödəniş sistemləri “VISA” və “Mastercard” Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Rus banklarının bundan belə VISA və Mastercard sistemləri tərəfindən dəstəklənməyəcəyi və ölkə xaricindən olan kartların da Rusiyada istifadəsinin mümkün olmayacağı bildirilmişdir. Yeni qərara əsasən Azərbaycan banklarının kartları, o cümlədən “Rabitəbank” kartları da Rusiya ərazisində işləməyəcək.
Rusiyaya səfər edərkən bank kartınızda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağınızı və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyinizi tövsiyə edirik.