"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib.
"Fins.az"xəbər verir ki, bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.
Bank kartlarının Rusiyada işləməməsi ilə bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.