BANK

09 Mart

Rusiya Mərkəzi Bankı valyuta satışını dayandırıb-QƏRAR

Rusiya Mərkəzi Bankı valyuta satışını dayandırıb.

"Fins.az"xəbər verir ki, bankdan verilən açıqlamada xarici valyutada əmanətçilərin pul çıxarma limitlərinin maksimum 10 min dollara olaraq, yeni qərar verildiyi bildirilib.
Rusiya Mərkəzi Bankı martın 9-dan sentyabrın 9-dək xarici valyutada satışları dayandırdığını açıqlayıb.Açıqlamaya görə, iqtisadiyyatdakı son vəziyyət nəzərə alınaraq həyata keçirilən tənzimləmə tədbiri ictimaiyyətlə paylaşılıb.

Buna uyğun olaraq, bankların 9 mart-9 sentyabr tarixləri arasında xarici valyutada satış edə bilməyəcəyi bildirilib. Açıqlamada qeyd olunub ki, əmanətçilərin xarici valyutada pul çıxarma limitləri də maksimum 10 min dollara qədər yenidən təşkil edilib və əmanətçilər bundan yuxarı olan mabləği yalnız Rusiya rublu ilə çıxara bilərlər.