BANK

04 Mart

İngiltərə Mərkəzi Bankı rublun məzənnəsini dərc etməyi dayandırıb

İngiltərə Bankı cümə axşamı günü rublun funt sterlinq və ABŞ dollarına nisbətdə məzənnəsini dərc etməyi dərhal dayandıracağını açıqlayıb.

"Fins.az" xəbər verir ki, bu barədə məlumat İngiltərə tənzimləyicisinin saytında yerləşdirilib.

İngiltərə Mərkəzi Bankı Rusiya rublunun funt sterlinq və ABŞ dollarına nisbətdə məzənnəsi ilə bağlı məlumatların dərcini dərhal dayandıracaq.

Qeyd olunur ki, hazırkı bazar şəraitində mövcud banklararası bazarı təmsil edən məzənnələri dərc etmək mümkün deyil. Bu məzənnələrin dərci növbəti xəbərdarlıq edilənədək dayandırılır.

Rusiya valyutasının məzənnəsi rekord həddə enib.Fevralın ortalarından etibarən dollar və avro rubla nisbətdə təxminən 40% bahalaşıb. Bu gün Moskva vaxtı ilə saat 12.30-a olan məlumata görə, dollar 109 rubl, avro isə 120 rubl civarındadır.