BANK

04 Mart

Wall Street bankları ucuz rus korporativ istiqrazlarını daha çox almağa çalışır

ABŞ bankları sanksiyalardan sonra kəskin ucuzlaşan Rusiya korporativ istiqrazlarını almağa çalışır. Bu əməliyyatlar üçün sanksiya ilə bağlı dəqiq qadağa olmadığını deyən ekspertlər hələ də vəziyyətin özünəməxsusluğuna görə investisiyanın riskli ola biləcəyini bildirirlər.
ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək, investorların Rusiya aktivlərinə olan tələbatını boğduqları halda, Wall Street-in bəziləri bu vəziyyətin yaratdığı alış fürsətindən tez istifadə ediblər. 

"Fins.az"xəbər verir ki, mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, ucuz kreditlər əldə etmək üzrə ixtisaslaşan hedcinq fondları bacardıqları qədər çox aktiv almağa çalışıblar, Goldman Sachs və JPMorgan isə ucuzlaşan Rusiya şirkətlərindən istiqrazlar almağa başlayıblar.

Stressli aktivlərə sərmayə qoymaq normal Wall Street ticarəti kimi qiymətləndirilir, lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda bu, unikal risklər yaradır.