BANK

03 Mart

JP Morgan Türkiyənin il sonu inflyasiya proqnozunu artırıb

JP Morgan  Türkiyə üçün il sonu inflyasiya proqnozunu 40,2 %-ə yüksəldib.

"Fins.az"xəbər verir ki, bank inflyasiyanın may ayında 60%-ə çatacağını proqnozlaşdırır
Məlumata görə,qurum hesabatında Türkiyədə fevral ayında inflyasiyanın yüksələrək , illik inflyasiyanın 50%-i keçdiyini, illik istehsalçı inflyasiyanın isə üç rəqəmli rəqəmə çatdığını xatırladıb.

Hesabatda inflyasiyanın yüksəlməsində valyuta məzənnəsinin keçidi, yüksək qlobal əmtəə qiymətləri, pis hava şəraiti, güclü daxili tələb, qeyri-adi pul siyasəti kimi amillərin təsirli olduğu bildirilib.

Gələcək aylarda bu təsirlərin bir qisminin aradan qalxacağını ifadə edən bank  “Lirə sabit qalsa, məzənnənin keçidi azalacaq, lakin əmtəə qiymətlərindəki yüksək kurs və təklif problemi davam edə bilər. Bu şəraitdə biz 2022-ci ilin sonu üçün inflyasiya proqnozumuzu 35,7 %-dən 40,2 faizə qaldırırıq"-deyə əlavə edib.