BANK

03 Mart

Litva bütün Rusiya banklarını SWIFT-dən ayırmağa çağırıb

Litva bütün Rusiya banklarını SWIFT beynəlxalq banklararası ödənişlər sistemindən ayırmağa çağırır.

"Fins.az" "TASS"-a istinadən xəbər verir ki,bunu cümə axşamı Litva, Latviya, Estoniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransında xarici işlər naziri Qabrielius Landsberqis deyib.
O, həmçinin Rusiyadan Avropaya enerji resurslarının idxalından imtina etməyə çağıraraq "Biz bütün Rusiya banklarının SWIFT-dən ayrılmasını təmin etmək üçün səy göstərməliyik", -deyə bildirib.

Bundan əvvəl Avropa İttifaqı VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF daxil olmaqla, yeddi Rusiya bankını SWIFT beynəlxalq banklararası ödənişlər sistemindən ayırıb. Avropa Komissiyasının vurğuladığı kimi, Brüssel lazım gələrsə, bu siyahıya yeni bankları da əlavə etməyə hazırdır