BANK

28 Fevral

ABŞ-dan Rusiya Mərkəzi Bankı ilə əməliyyatlara qadağa

Bayden hökuməti Rusiya Mərkəzi Bankına qarşı əlavə sanksiyalar elan edib.
"Fins.az" xəbər verir ki, ABŞ-da Co Bayden hökuməti ABŞ şirkətlərinə və vətəndaşlarına Rusiya Mərkəzi Bankı, Rusiya Sərvət Fondu və Rusiya Maliyyə Nazirliyi ilə əməliyyatlar aparmağı qadağan edib.

Maliyyə Nazirliyindən verilən açıqlamada, Rusiya Mərkəzi Bankının ABŞ-dakı və onun vətəndaşlarının əlində olan aktivlərinin Xəzinədarlıq Müşavirliyinin Xarici Aktivlərə Nəzarət Bölməsi tərəfindən dondurulacağı bildirilib.

Rusiyanın Ukraynaya hücumundan sonra bir çox ölkələr Rusiyaya qarşı sanksiyaları davam etdirir. Böyük Britaniya da bu gün öz vətəndaşlarına Rusiya Mərkəzi Bankı ilə əməliyyatlar aparmağı qadağan edəcəyini açıqlayıb.