BANK

28 Fevral

Britaniya Rusiya Mərkəzi Bankı ilə əməliyyatları qadağan edəcək

Britaniya öz vətəndaşlarına Rusiya Mərkəzi Bankı ilə əməliyyatlar aparmağı qadağan edəcək
"Fins.az"xəbər verir ki, açıqlamaya görə, İngiltərə hökuməti öz vətəndaşlarına Rusiya Mərkəzi Bankı, Rusiya Sərvət Fondu və Rusiya Maliyyə Nazirliyi ilə maliyyə əməliyyatları etməyi qadağan edəcək.

Rusiyanın Ukraynaya hücumlarının davam etməsi ilə İngiltərə, ABŞ, Kanada və Avropa Birliyi ölkələri Rusiyanı beynəlxalq ödənişlər şəbəkəsi Swift sistemindən çıxarıblar. Böyük Britaniya, həmçinin Ukraynaya həyati vacib tibbi ləvazimatlar və digər yardımlar üçün əlavə olaraq 40 milyon funt-sterlinq humanitar yardım göstərəcəyini açıqlayıb.