BANK

28 Fevral

Kapital Bank – ölkə üzrə ən çox bankomatı olan bankdır

Fasiləsiz müştəri xidməti keyfiyyətinin artırılmasına böyük önəm verən Kapital Bank ölkə üzrə ən geniş filial şəbəkəsi ilə yanaşı, həmçinin ən çox sayda bankomatı olan bankdır. Artıq Kapital Bank-ın Azərbaycan üzrə 1000-dək bankomatı müştərilərə 24 saat xidmət göstərir.

Bu bankomatların 500-ə yaxını Bakı və Abşeronda, digər hissəsi isə regionlarda yerləşir. Bundan başqa Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində də işlər həyata keçirməyə davam edir. Hazırda Şuşada, Hadrutda, Qubadlıda və Ağdamda bankomatlar fəaliyyət göstərir. Yaxın gələcəkdə işğaldan azad olunan digər yerlərdə də yeni bankomatların quraşdırılması planlaşdırılır.

Bankın 130-a yaxın xidmət nöqtəsi ilə yanaşı ticarət mərkəzlərində, böyük marketlərdə, insanların sıx yaşadığı ərazilərdə və digər yerlərdə bankomatların quraşdırılması prosesi uğurla davam etdirilir. Bankomatların yerləşdiyi ünvanlar barədə məlumatı bankın korporativ saytından, həmçinin Birbank rəqəmsal bankından almaq olar, habelə müştərinin olduğu əraziyə ən yaxın olan bankomatın yerini də müəyyən edə bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.