BANK

25 Fevral

Expressbank ABA tərəfindən iki nominasiya üzrə mükafata layiq görüldü

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi  yığıncağı keçirilmiş və ənənəvi “Bankçılıq Mükafatları – 2021” adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilib.

Expressbank həyata keçirdiyi layihələr üzrə 2021-ci il üçün  “Korporativ Sosial Məsuliyyət” və “Ən Fəal Təhsil Dəstəkçisi”  üzrə  iki müxtəlif nominasiya üzrə   qiymətləndirilərək mükafata layiq görülüb.  

Qeyd edək ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 8-i Bakıda, digər 7-si isə Sumqayıt,  Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.