BANK

29 Sentyabr

“PAŞA Bank” ASC, balansında olan işlənmiş avtomobilləri hərrac yolu ilə satışa çıxarır

Hərrac üzrə təkliflərin son qəbul tarixi: 12 Oktyabr 2021-ci il

Hərracın keçirilmə tarixi: 15 Oktyabr 2021-ci il

Hərracın keçirilmə üsulu: Qapalı hərrac - qapalı zərflərdə daxil olmuş təkliflərin bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılması yolu ilə

Hərrac üzrə təkliflərin qəbul olunma yeri: Yusif Məmmədəliyev küç., 13 ünvanında yerləşən “PAŞA Bank”ın Baş Ofisinə, Vəliyev Fərhad Əhməd oğlunun adına göndərilməlidir.

Hərrac üzrə təkliflərin qəbul olunma forması:Təkliflər bağlı zərflərdə, üzərində hərracda iştirakla bağlı qeyd, kim tərəfindən göndərildiyi və Fərhad Vəliyevin adına göndərilməsi əks olunmaqla göndərilməlidir.

Avtomobillərin yerləşdiyi ünvan: Yusif Məmmədəliyev küç., 16 (dayanacaq)

 

Hərrac üzrə minimal təklif məbləği: Hər lot üzrə müəyyən edilmiş başlanğıc satış qiymətindən aşağı olmamalıdır.

Hərracda iştirak etmək üçün hesaba mədaxil olunacaq behin məbləği: 300 AZN (İştirakçı qalib gəlmədiyi halda və ya təklifi hərrac keçirilməzdən öncə geri götürdüyü halda beh geri qaytarılır)

Hərracda iştirak etmək üçün gönədirləcək zərflərdə şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iştirak edəcəyi lot nömrəsini qeyd etməklə qiymət təklifi ərizəsi (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Bu elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd (qəbzin üzərində şəxsin adı, FİN nömrəsi və Ş.V. nömrəsi əks edilməlidir);

fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

şəxslə əlaqə saxlamaq üçün tələb olunan məlumatlar – ünvan və telefon nömrəsi.

təklif şəxslərin nüməyəndəsi tərəfindən göndərildiyi halda, müvafiq etibarnamələr (hüquqi şəxslər üçün şirkət blankında imza möhürlü, fiziki şəxslər üçün notarial qaydada təsdiq edilmiş formada)

 

Aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

1. hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;

2. şəxs özü haqqında dəqiq olmayan məlumat təqdim etdikdə;

3. sənədlər sifarişlərin qəbulu müddəti bitdikdən sonra təqdim edildikdə;

4. ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;

5. elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda;

6. təklifin hansı lot üzrə verildiyini müəyyən etmək mümkün olmadıqda və ya təklif qiyməti satış qiymətindən aşağı olduqda.

 

Hərracın qalibinin müəyyən edilməsi qaydası aşağıdakı kimidir:

 

Daxil olmuş qapalı zərflərdəki təkliflər Bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılır və hər lot üzrə ən yüksək alış qiymətini vermiş şəxs həmin lot üzrə hərracın qalibi elan olunur. Əgər hər hansı bir lot üzrə 2 və daha çox ərizəçinin qiymət təklifi eyni olarsa hər bir ərizəçiyə yazılı müraciət edilir və daha yüksək qiymət təklifi verilməsi üçün 3 iş günü vaxt müəyyən edilir.

 

Hərrac nəticəsində qalib gəlmiş şəxsə (şəxslərə) yazılı məlumat verilir və 3 iş günü müddətində alış niyyətini təsdiq etməsi tələb olunur. Qalib gəlmiş şəxs alış niyyətini təsdiq etdikdən sonra 5 iş günü müddətində alqı-satqı həyata keçirilir. Qalib gəlmiş şəxs əmlakı almaqdan imtina etdikdə və ya 3 iş günü müddətində alış niyyətini təsdiq etmədikdə, verdiyi beh geri qaytarılmır və həmin əmlak üzrə qalib növbəti ən yüksək alış təklifi vermiş şəxs olaraq müəyyən edilir.

 

Məsul şəxs: Fərhad Vəliyev, İnzibatçılıq şöbəsinin rəhbəri

Əlaqə nömrəsi: +994 12 496 51 00

 

Hərraca çıxarılmış avtomobillərin siyahısı:

 

Lot №

Marka/model

Dövlət nömrə nişanı

Buraxılış ili

Yürüş (km)

Rəngi

Vəziyyəti

 

Mühərrik

Başlanğıc satış qiyməti (AZN)

 

1

Toyota Corolla

10 PT 225

2013

179021

Ağ mirvari

İşlək

1.6 L

18,000.00

 

2

Toyota Corolla

10 PT 224

2013

202046

Ağ mirvari

İşlək

1.6 L

18,000.00

 

3

Toyota Corolla

10 PT 223

2013

151307

Ağ mirvari

İşlək

1.6 L

18,900.00

 

4

Toyota Avensis

10 PL 516

2012

131853

Ağ mirvari

İşlək

2 L

18,000.00

 

5

Toyota Avensis

10 PL 517

2012

261964

Ağ mirvari

İşlək

2 L

16,650.00

 

6

Toyota Avensis

10 PL 518

2012

121721

Ağ mirvari

İşlək

2 L

18,000.00

 

7

Toyota Avalon

99 PH 345

2015

201255

Ağ mirvari

İşlək

3.5 L

33,984.00

 

8

Toyota Avalon

99 PH 378

2015

177625

Ağ mirvari

İşlək

3.5 L

35,046.00

 

9

Toyota RAV4

10 PT 443

2013

261871

Ağ mirvari

İşlək

2 L

26,100.00

 

10

Toyota RAV4

10 PT 557

2013

107657

Ağ mirvari

İşlək

2 L

29,700.00

 

11

MERCEDES BENZ VİTO 116 xüsusi zirehli

90 JV 901

2012

159520

Metallik

İşlək

2.2 L

29,700.00

 

12

MERCEDES BENZ VİTO xüsusi zirehli

90 JR 901

2011

179433

Metallik

İşlək

2.2 L

26,100.00

 

13

MERCEDES BENS SPRİNTER-515 TDİ xüsusi

90 JL 901

2007

143626

Metallik

İşlək

2.2 L

36,000.00

 

 

  

Beh məbləğinin köçürülməsi üçün Bank rekvizitləri:

“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Kod: 505141
VÖEN: 1700767721
Hesab №: AZ90PAHA45019AZNBL1200000001 (AZN)
SWIFT BIK: PAHAAZ22