İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Yeni kredit təşkilatı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmilçisi isə Fuad Cəlil oğlu Muradovdur.
Xatırladaq ki, sözügedən ünvanda "Muğan Bank"a yaxın sayılan "MFX-Trading İnvestisiya Şirkəti" ASC və "Muğan Lizinq" MMC də fəaliyyət göstərir.
© Report