2021-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 146 milyon 65 min 300 manat məbləğində kreditlər verilib.
Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxatar Respublikasının Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqaisədə 22,3% çoxdur. Verilmiş kreditlərin 16 milyon 734 min 100 manatı və yaxud 11,5 faizi qısamüddətli, 129 milyon 331 min 200 manatı və yaxud 88,5 faizi uzunmüddətli kreditlər olub.
Müəllif: Aynur Qəniyeva