BANK

29 Sentyabr

Elman Rüstəmov kredit təşkilatları ilə bağlı YENİ QAYDALARI təstiq edib

Mərkəzi Bankın 14.09.2021-ci il tarixli qərarı ilə "Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” təsdiq edilib.

Fins.az xəbər verir ki, qayda dərc edildiyi gündən bir ay sonra (29.10.2021-ci il tarixində) qüvvəyə minəcəkdir.
Qaydanın yeni redaksiyası ilə nağd pul və digər qiymətlilərin saxlandığı yerlərə qarşı texniki və təhülkəsizlik tələbləri müasir texnologiyalar və təhlükəsizlik sistemlərinin tətbiqi nəzərə alınmaqla gücləndirilmiş, kassa əməliyyatlarının kassir ilə yanaşı birbaşa əməliyyatçı-kassir tərəfindən həyata keçirilməsinə şərait yaradan innovativ kassa formatı tətbiq olunmuş, nağd pulla əməliyyatlarla yanaşı digər qiymətlilərin mədaxili və məxarici əməliyyatları da prosedurlaşdırılmışdır.
Eyni zamanda, Qayda ilə nağd pulun bankomatlar vasitəsilə mədaxili və məxarici, həmçinin kredit təşkilatında quraşdırılmış POS-terminallar vasitəsi ilə nağd pulun məxaric əməliyyatlarında müştərinin eyniləşdirilməsi üçün tətbiq edilən üsullar (QR, NFC, cash by code) genişləndirilib.

Müəllif:Aynur Qəniyeva