BANK

28 Sentyabr

Türk lirəsinin kəskin ucuzlaşması manat-a necə təsir edəcək?-AÇIQLAMA

Türk lirəsinin kəskin ucuzlaşmasının manatın məzənnəsinə ciddi təsiri olmayacaq.

Fins.az-a qonşu Türkiyədə türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsirlərini şərh edərkən İqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki son dövrlər Azərbaycanın həm idxalında həm də ixracında Türkiyənin payı artıb. Xüsusən də Azərbaycan qazının Türkiyəyə ixracından sonra qonu ölkəyə ixracın həcmi artıb. Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracın 13,5%-ni təşkil edir. Azərbaycanın idxalının da əhəmiyyətli hissəsi,təqribən 15,3%-i Türkiyədən gətirilən məhsullardan ibarətdir.

Xalid Kərimli lirənin məzənnəsində qeyri sabitliyin müşahidə edilməsinin Azərbaycan manatının da dəyərdən düşməsinə təsirlərinə də toxunaraq "Türk lirəsi ticarətə bağlı,oynaq valyutadır.Türk  lirəsinin ucuzlaşıb-bahalaşmasını Azərbaycan vətəndaşları tez-tez müşahidə edir.Ona görə görə lirənin kəskin dəyər itirməsi Azərbaycan əhalisi arasında  psixoloji olaraq valyutaya əlavə tələb yaratmayacaq.

İqtisadçı həmçinin lirənin ucuzalaşmasının Azərbaycanın milli valyutasına mənfi təsir imkanlarının niyə az olduğuna da aydınlıq gətirərək " Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən ciddi şəkildə tənzimlənir. Eyni zamanda manatın məzənnəsi orta və uzunmüddətli dövrdə neftin qiyməti ilə birbaşa bağlıdır Hazırda neftin qiymətində rekord bahalaşma müşahidə edilir. Brent neftinin qiyməti 80 dollara yaxınlaşıb.Bu baxımdan Azərbaycanın tədiyyə balansı müsbətdir. Neft qiymətlərinin yükəsək olması həm də Mərkəzi Bank-ın ciddi tənzimləmə tədbirlərinin fonunda tədiyyə balansında profsitin olması türk lirəsinin ucuzlaşmasının manata kəskin təsir etməyəcəyini proqnozlaşdırmağa imkan verir. "-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva