Citibank Bazar ertəsi günü Bəhreyndəki ofislərində qlobal texnologiya mərkəzini işə salıb.Bu, bölgədə ilk belə mərkəzdir və önümüzdəki on il ərzində 1000 kodlayıcıdan istifadə etmək məqsədi daşıyır.
Citibank-ın Bəhreyndəki ofisində yerləşən mərkəz, hökumət tərəfindən maliyyələşdirilən əmək fondu Tamkeen və eyni zamanda sərmayəçi Bəhreynin İqtisadi İnkişaf Şurası (EDB) ilə birlikdə qurulub.
Plana görə, Citibank gələcək 10 il ərzində hər il kodlaşdırma ilə əlaqəli vəzifələrdə ən azı 100 adamı işə götürəcək.
Citi FX -in elektron platformalar və paylama üzrə qlobal rəhbəri Ala Said bildirib ki, yeni işə götürülənlər əvvəlcə bankın iki əsas platforması olan Citi Velocity və Citi FX Policy üzərində işləyəcəklər.
Müəllif:Aynur Qəniyeva