Bank hesablarının açılması, aparılması və bağlanması sahəsində mövcud vəziyyətin və bu sahədə təkmilləşmələrin aparılmasının müzakirəsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində İşçi qrup yaradılıb.
Fins.az xəbər verir ki,işçi qrupun 15 sentyabr 2021-ci il tarixində keçirilən iclasında ABA-nın prezidenti Zakir Nuriyev çıxış etmiş, qrupun fəaliyyətində uğurlar arzulamışdır. Görüş zamanı bu sahədə imkan və çatışmazlıqlar, eləcə də qabaqcıl beynəlxalq təcrübə müzakirə edilmişdir. Müzakirələr zamanı xüsusilə Türkiyə və Rusiya təcrübəsi dinlənilmiş və görüş iştirakçıları tərəfindən qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi ilə əlaqədar fikir bildirilib.
Müəllif: Aynur Qəniyeva