Əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi yönündə bir sıra layihələri icra edən ölkənin aparıcı korporativ bankı PAŞA Bank " Müştəri Meneceri məktəbi" adlı yeni daxili layihəsinin başladığını elan edib.
Layihə öz peşə karyerasını Bankın biznes seqmentində Müştəri meneceri qismində davam etdirmək istəyən PAŞA Bank işçilərinə yönəlib. "RM School" layihəsinin əsas məqsədi Korporativ Bankçılıq seqmentindəki müştərilərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bilik və praktiki bacarıqların təkmilləşdirilməsini təmin etməkdir. "RM School" layihəsinin təlim hissəsi 3 moduldan ibarətdir ki, iştirakçılar "Müştəri yönümlülük", "Agile Metodologiya", "İctimai çıxışlar", "Design Thinking", "Öz Müştərini Tanı", "Məlumatların toplanması və analizi” kimi mövzular üzrə tətbiqi təlimlərdə və master klasslarda iştirak edəcəklər.
Təlim zamanı layihə iştirakçıları müxtəlif seqmentlərdə çalışan təcrübəli həmkarları ilə ünsiyyət yaratmaq, məqsədləri düzgün müəyyənləşdirmək və onlara nail olmaq üçün strategiyalar hazırlamaq, həmçinin fərqli bazar şəraitində ən düzgün həll yolları tapmaq üçün bilik və təcrübələr əldə edəcəklər. Bu unikal layihəni həyata keçirilməklə PAŞA Bank ən yaxşı işəgötürən təşkilatları sırasında öz aparıcı mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, “Mind Movers” inkişaf platforması innovativ və qeyri-formal təhsil formatlarında ilk öncə bank əməkdaşlarına, sonra isə geniş auditoriyaya müxtəlif öyrədici sessiyaların təşkil edilməsi üçün təsis edilib. Mövcud biliklərin artırılması və yeni bilik və bacarıqların öyrənilməsi bu layihənin əsas hədəflərindən biridir.
21 sentyabrda keçirilən açılış mərasimi ilə start götürən "Müştəri Meneceri məktəbi" layihəsinin təlim hissəsi 2021-ci il dekabrın 1-dək davam edəcək.