BANK

22 Sentyabr

Azərbaycanda ödəniş kartları artıb-10 milyondan çox olub

Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 117 min ədəd artaraq 10 milyon 256 min təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.1 % artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 25.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 165 min, kredit kartları 257 min, digər kartlar isə 1.1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Müəllif: Aynur Qəniyeva