1 sentyabr 2021-ci il tarixinə sabit maliyyələşmə mənbəyi olan əhalinin müddətli əmanətlərində artım qeydə alınıb
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, son ayda müddətli əmanət portfeli 1.5% (78 mln. manat) artaraq 5,167.5 mln. manat təşkil edib.
Qeyd edək ki, bu 2020-ci ilin mart ayından etibarən qeydə alınan ən yüksək göstəricidir.
Müəllif: Aynur Qəniyeva