Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycan iqtisadiyyatında 2,2%-lik artım gözləyir.
Bankın sentyabr proqnozlarında verdiyi məlumata görə, bu, mart gözləntiləri ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
AİB 2022-ci ildə ölkədə real ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır ki, bu proqnoz mart ayının gözləntiləri ilə müqayisədə dəyişməz qalıb.
(c)APA