Bugün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.
Fins.az xəbər verir ki, Bankın faiz dərəcələrində dəyişiklik edəcəyi gözlənilmir. Fed-in faizlərini 0- 0,25% aralığında dəyişməz saxlayacağı nəzərdə tutulur. Bakı vaxtı ilə saat 22:30-da isə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
Fed rəsmilərinin yığıncaqda qiymətli kağız alışının azaldılmasına dair siqnal verəcəkləri də gözlənilir. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların 67%-i Noyabr ayında, 21%-i dekabr ayında azaltmanın başlayacağını gözləyir.