“TBC Kredit” BOKT 3 milyon manat məbləğində istiqraz buraxmağı planlaşdırır.
Bu barədə Fins.az-a Bakı Fond Birjasından məlumat verilib.
Emissiya materiallarına əsasən, qiymətli kağızların tədavül müddəti 2 il, illik gəlirlilik 12% təşkil edəcək.Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb.
“TBC Kredit” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır. İstiqrazların yerləşdirilməsinin anderrayteri “AzFinance” investisiya şirkəti olacaq.
“TBC Kredit” Gürcüstanın “TBC Bank”ının törəmə strukturudur. BOKT-un nizamnamə kapitalı $10 milyon təşkil edir, 30 iyun 2021-ci il tarixinə aktivləri 13,9 milyon manata, kredit portfeli 10,37 milyon manata bərabərdir